idman

"Parma" A Seriyasına bir addım da yaxınlaşdı

  • 18 Jun 2017
  • 235 baxış

İtaliyanın məşhur klublarından olan "Parma" növbəti mövsüm B Seriyasında mübarizə aparacaq.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "sarı göylər" pley-off qarşılaşmasında "Alessandria" klubunu 2:0 hesabıyla məğlub edib. 1996/97 mövsümündə skudettonu qazanan "Parma"nın maliyyə vəziyyəti 2012-ci ildən pisləşməyə başlamışdı. 3 ildən sonra klubun borcları 96 milyon avroya çatmışdı. 2015-ci il iynun 22-də məhkəmə tərəfindən müflis elan olunan "Parma" həvəskarlar liqasına göndərilmişdi. Həmin ildən komandanın heyətində yalnız müdafiəçi Alessandro Lukarelli qalıb. 

XalqTV.com 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR