Tramp dini azadlıqlar haqqında fərman imzaladı
XalqTV.az APA-ya
istinadən xəbər verir ki, sənəd dini təşkilatlara siyasi xadimləri
dəstəkləməyi, siyasətlə əlaqəli digər fəaliyyətlərlə məşğul olmağı icazə
verir.
Tramp Ağ Evdə çıxışı zamanı qeyd edib ki, fərman ABŞ-da din və söz
azadlığını təmin edəcək: "Vergi qurumu siyasi çıxışlara görə dini
təşkilatları bir daha təqib etməyəcək".
"Mənim administrasiyam dövründə söz azadlığı kilsə, sinaqoq və digər
dini obyektlərin kandarında qalmayacaq. Hökumət fikir ifadəsinə görə
dini qurumları bir daha təqib etməyəcək. ABŞ heç vaxt dini
diskriminasiya ilə məşğul olmayacaq", - deyə Tramp vurğulayıb.
"Biz dini azadlığı hamı üçün müdafiə edirik", - deyə Tramp bildirib.
Qeyd edək ki, Trampın imzaladığı fərman "Consonun düzəlişləri" adlanan
qanunu qüvvədən salıb. 1954-cü ildə qəbul olunan qanun kilsə və digər
dini qurumlara bu və ya digər siyasətçilərin lehinə və ya əleyhinə çıxış
etməyi qadağan edib. Bu vaxtadək qadağanı pozan dini qurumlar vergi
imtiyazlarından məhrum edilirdilər.