Siyasət

Səfirlik: "Moskvada azərbaycanlı və erməni gəncləri arasında təxribat törədilib"

  • 10 May 2017
  • 231 baxış

Mayın 9-da Moskva şəhərində "Бессмертный полк" hərəkatının yürüşü zamanı bir qrup azərbaycanlı və erməni gəncləri arasında insident baş verib.

XalqTV.com xəbər verir ki, Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyindən Trend-ə verilən məlumata görə, burada iki millət arasında gərginliyin yaradılması məqsədi ilə təxribat törədilib.

Hadisə ilə əlaqədar və gələcəkdə bir daha belə halların təkrarlanmaması üçün Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyanın Xarici İşlər Nazirliyi, Moskva şəhər rəhbərliyi və digər müvafiq federal strukturlarla danışıqlar aparıb.

Məlumatda bildirilir ki, səfirlik toqquşma zamanı zərər görmüş soydaşlarımızla əlaqə yaradaraq, onların vəziyyətini nəzarət altında saxlayır.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR