idman
"Bavariya"nın rəqibləri müəyyənləşdi
Audicup - 2017-in iştirakçıları açıqlanıb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, hər il təşkil olunan və "Bavariya"nın ev sahibliyi etdiyi turnirdə ənənəyə uyğun olaraq 4 komanda çıxış edəcək.
Münhenlilər öz rəsmi saytı vasitəsilə artıq iştirakçıların adlarını və təqvimi elan edib. Avqustun 1-i və 2-də keçiriləcək oyunlarda ev sahiblərindən əlavə "Liverpul", "Atletiko" və "Napoli" çıxış edəcək.
Ayın 1-də ilk olaraq "Atletiko" "Napoli" ilə üz-üzə gələcək. Günün ikinci matçında isə "Bavariya" ilə "Liverpul" münasibətlərinə aydınlıq gətirəcəklər.
Ertəsi gün qaliblər öz aralarında çempionu, məğlublar isə 3-cü yerin sahibini müəyyənləşdirəcəklər.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR