idman
Şimali İrlandiyalı hücumçu "Qarabağ"da
Şimali İrlandiya millisinin hücumçusu Kayl Lafferti Avstriyada "Qarabağ"a qoşulacaq.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Böyük Britaniya mətbuatı futbolçu ilə klub arasında Bakıda baş tutan Azərbaycan - Şimali İrlandiya matçından sonra danışıq olduğunu yazıb.
Qeyd edək ki, forvard DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da Bakıda baş tutan görüşün ardından "Qarabağ"dan təklif alacağı halda müsbət qarşılayacağını söyləmişdi.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR