Siyasət

Nazilrik: Öldürülən erməni hərbçilərin sayı 3 yox, 5-dir - YENİLƏNİB

  • 17 Jun 2017
  • 242 baxış

11:23

Ötən gün cəbhədə Erməni Silahlı Qüvvələrinin 5 hərbi qulluqçusu məhv edilib.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Müdafiə Nazirliyi iyunun 16-da cəbhədə Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının ölümünə dair məlumata münasibət bildirərkən açıqlayıb.

Müdafiə Nazirliyinin açıqlamasında deyilir ki, düşmən tərəfi rəsmi açıqladığı kimi 3 hərbi qulluqçusunu deyil, ağır yaralanmış daha 2 əsgəri - Myasnik OvanisyanVardan Harutyunyanı da ölü olaraq itirib. Beləliklə də dünən cəbhədə düşmənin 5 hərbi qulluqçusu məhv edilib.

Bundan əlavə, ermənilərin bir neçə ağır yaralanmış hərbi qulluqçusu da yerli hospitallardan birinə yerləşdirilib.

Həmişə olduğu kimi Ermənistan tərəfi ictimaiyyətinin haqlı etirazından çəkinərək yenə də öz itkilərini gizlətməkdə davam edir.

-----------

09:51

Azərbaycan Ordusunun cəbhədə atəşkəs rejiminin pozulmasına cavab olaraq açdığı atəş nəticəsində 3 erməni əsgəri öldürülüb.
 
XalqTV.com APA-ya istinadən xəbər verir ki, Dağlıq Qarabağda öldürülən əsgərlər 1997-ci il təvəllüdlü Araik Matinyan, Viqen PetrosyanVardan Sarqsyandır. 
 
Onların qumbaraatanlardan açılan atəş nəticəsində öldüyü bildirilir. 

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR