idman
Deniz Yılmaz "Bursaspor"u FİFA-ya şikayət edəcək
Azərbaycan milli komandasının futbolçusu Deniz Yılmazın Türkiyənin "Bursaspor" klubunun əsas komandasından kənarlaşdırılmasının səbəbi müəyyənləşib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, komandanın yeni baş məşqçisi Adnan Örnek "futbolarena"ya açıqlamasında bildirib ki, 29 yaşlı hücumçu əmək haqqını ala bilmədiyi üçün klubu FİFA-ya şikayət etməklə təhdid etdiyinə görə heyətdən kənarlaşdırılıb.
Qeyd edək ki, Deniz Yılmaz "Çaykur Rizespor"la Türkiyə Super Liqası matçına aparılmayıb. Səbəb kimi futbolçunun nizam-intizamı pozması göstərilmişdi
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR