Dünya

Apple sürücüsüz avtomobillər üçün proqram hazırlayır

  • 17 Jun 2017
  • 211 baxış

"Apple" şirkətinin rəhbəri Tim Kuk korporasiyanın sürücüsüz avtomobillər üçün proqram təminatının yaradılması üzərində işləməsini rəsmən təsdiq edib.

XalqTV.com ICTnews-ə istinadən bildirir ki, "Apple" rəhbərliyi bu layihənin hazırda süni intellekt sahəsində prioritet olduğunu qeyd edib. Bundan əvvəl belə texnologiyanın hazırlanması barədə şayiələr yayılsa da, ancaq rəsmi məlumat yox idi.

Məlum olub ki, "Apple" şirkəti sürücüsüz avtomobillər yaratmayacaq. Tim Kuk deyib ki, onun komandası yalnız gələcəkdə avtomobilləri tamamilə idarə edəcək proqram təminatı üzərində işləyir. Bundan sonra bu texnologiyalar tanınmış avtomobil şirkətlərinə satılacaq.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR