idman

"Everton" ən bahalı transferini reallaşdırdı

  • 17 Jun 2017
  • 215 baxış

"Everton" iki futbolçu ilə heyətini gücləndirib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Liverpul klubu "Ajax"dan Devi Klassen və "Sunderland"dən qapıçısı Cordan Pikfordu heyətinə qatıb. Hər iki futbolçuyla 5 illik müqavilə imzalanıb.

Klassenin transferi 27 milyon avro, Pikfordun transferi isə "Everton"a 34 milyon avroya başa gəlib. 23 yaşlı qapıçı klub tarixinin ən bahalı transferi olub.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR