idman

"Fənərbağça"nın yeni baş məşqçisi məlum olub

  • 16 Jun 2017
  • 250 baxış

"Fənərbağça"da gözlənilən təyinat rəsmiləşib. XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, İstanbul nəhəngini bundan sonra Aykut Kocamanın çalışdıracaq.

Klubdan verilən rəsmi açıqlamada köhnə-yeni baş məşqçi ilə 2 ilik müqavilə imzalandığı qeyd edilib.
 
Kocaman 2010-2013-cü illər aralığında da bu komandada baş məşqçisi olub. Son mövsümdə isə o, "Konyaspor"a rəhbərlik edirdi.
 
Qeyd edək ki, "Fənərbağça"nı geridə qalan mövsümdə Dik Advokat çalışdırırdı. Hollandiya yığmasından təklif alan mütəxəssis mövsüm bitən kimi istanbullularla yollarını ayırdı.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR