İqtisadiyyat

Bolqarıstan hökuməti SOCAR-la danışıqlara başladı

  • 16 Jun 2017
  • 253 baxış

Bolqarıstanın "Bulgartransgas" şirkəti SOCAR-la danışıqlara başlayıb.

XalqTV.com APA-ya istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın energetika nazirinin müavini Jeço Stankov bildirib.
 
Onun sözlərinə görə, Bolqarıstan yeni yaradılacaq Balkan qaz habı üçün Azərbaycan qazını tədarük etmək niyyətindədir.
 
"SOCAR-la apardığımız danışıqlarda tədarük olunacaq qazın həcmini müzakirə edirik. Hələliksə hər şey ilkin mərhələdədir. Söhbət" Şahdəniz" yatağından hasil olunan qazdan gedir", - deyə nazir müavini bildirib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR