idman

Devi Klaassen Liverpul klubunda

  • 16 Jun 2017
  • 253 baxış

"Ajax"ın yarımmüdafiəçisi Devi Klaassen karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu "Everton"un bazasında tibbi müayinədən keçib və 5 illik müqaviləyə imza atıb. Onun transferi Liverpul təmsilçisinə 27 milyon avroya başa gəlib.

Klaassen "Ajax"ın yetirməsidir. O, 2011-ci ildən əsas komandada çıxış edir. 6 mövsüm ərzində 126 oyuna çıxan futbolçu 44 qol vurub. Yarımmüdafiəçi 2014-cü ildən Hollandiya millisinə də dəvət alır.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR