idman

"Mbappe o pula dəymir"

  • 16 Jun 2017
  • 220 baxış

"Barselona"nın sabiq müdafiəçisi Erik Abidal maraqlı açıqlaması ilə diqqət çəkib.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, Fransa yığmasının keçmiş üzvü həmyerlisi Kilian Mbappe barədə danışıb.
 
O, "Monako"nun formasını geyinən forvardın 137 milyon avroya dəymədiyini bildirib. Abidalın fikrincə, Mbappe daha 1 il "Monako"da qalmalıdı: "Kilian yaxşı oyunçudu. Amma onun qiyməti 137 milyon avro deyil. Fikrimcə, Mbappe "Monako"dan getməməlidi. Hazırkı komandasında qalıb özünü bir daha isbatlamalıdı. Gələn il dünya çempionatı keçiriləcək. Bu mənada, Mbappe üçün klubunda oyun praktikası vacibdi".
 
Qeyd edək ki, Kilian Mbappe ilə Madrid "Real"ı, "Çelsi" və PSJ klubları danışıq aparır.  

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR