idman

Sabiq "Qalatasaray"lı ABŞ klubunda

  • 10 May 2017
  • 241 baxış

İtaliyanın  "Bolonya" klubunun futbolçusu Blerim Dzemaili karyerasını ABŞ-da davam etdirəcək.

XalqTV.com  qol.az-a istinadən xəbər verir ki, isveçrəli futbolçu icarə əsasında "Montreal İmpakt" klubuna transfer olunub. MLS klubu yarımmüdafiəçinin bugünlərdə tibbi müayinədən keçəcəyini açıqlayıb.

Qeyd edək ki, 2014-2016-cı illərdə  "Qalatasaray"da da çıxış etmiş futbolçu bu mövsüm A Seriada 31 oyuna 8 qol vurub və 3 məhsuldar ötürmə edib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR