idman

Sabri yenə "sarı-qırmıızılı" olacaq

  • 15 Jun 2017
  • 264 baxış

"Qalatasaray"dan ayrılan Sabri Sarıoğlu karyerasını yenidən Super Liqada davam etdirə bilər.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, müdafiəçinin "Kayserispor"a keçmək şansı yaranıb.
 
Bu barədə "sarı-qırmızılı" klubun prezidenti Erol Bedir açıqlama verib. O bildirib ki, Sabrinin "Qalatasaray"la müqaviləsi başa çatdıqdan sonra komandanın kapitanı Umut Bulut ona zəng edib və istəsə, "Kayserispor"da oynaya biləcəyini deyib.
 
15 il çıxış etdiyi klubundan ayrıldığı üçün olduqca üzgün və məyus olan Sabri təklif haqqında konkret fikir bildirməsə də, rədd cavabı da verməyib.
 
"Kayserispor"un futbolçu üçün yenidən təklif hazırlayacağı bildirilib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR