idman
"Bavariya" fransalı futbolçu ilə anlaşdı
"Bavariya" heyətini yarımmüdafiəçi ilə gücləndirib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 27 qat Almaniya çempionu 22 yaşlı Korenten Tolissonu transfer edib. 22 yaşlı futbolçu 5 illik müqaviləyə imza atıb. Tolissonun transferi sabiq komandası "Lion"a 40 milyon avro qazandırıb. O, mayda karyerasını başa vuran Xabi Alonsonun boşluğunu doldurmalıdır. Fransalı havbek "Bavariya"nın yay fasiləsində 4-cü transferi olub. Bundan əvvəl Münhen klubu Serj Qabri, Sebastyan Rudi və Niklas Suelenin da keçidini həll etmişdi.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR