idman
"Qalatasaray"da iki yeni transfer
"Qalatasaray" iki transferi birdən həll edib.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, "sarı-qırmızılar" çoxdandı gözlənilən keçidini reallaşdırmağı bacarıb.
Bu barədə Super Liqanın rəsmi yayım kanalı olan "Bein Sport"da canlı verilişdə açıqlama verilib. Türkiyəli həmkarlarımız "cimbom"un həm Yunus Belhanda, həm də Bafetemi Qomislə razılığa gəldiyini, hər iki oyunçunun klubları ilə də anlaşdıqlarını bildirib.
İki futbolçunun da həftə sonuna qədər İstanbula gələcəyi gözlənilir.
Armindo Brumanın "Leypziq"ə transferinin rəsmən açıqlanması ilə bu iki futbolçunun keçidini həll edən rəhbərliyin növbəti hədəfi Qael Klişidir.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR