idman

Kruyff İsrail klubuna baş məşqçi təyin olunub

  • 15 Jun 2017
  • 224 baxış

Əfsanəvi Yohan Kruyffun oğlu Jordi fəaliyyətini baş məşqçi kimi davam etdirəcək.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 43 yaşlı mütəxəsis "Maccabi Tel Aviv"in sükanı arxasına keçib. Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib. Kyuff 2012-ci ildən Tel-Əviv təmsilçisinin strukturundadır.

"Maccabi"nin baş məşqçisi təyin olunduğuma görə şadam. Bu, komandada 6-cı ilimdir. Rəhbərlik və azarkeşlərin gözləntilərini bilirəm" - Kruyff deyib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR