idman

İtaliyalı mütəxəssis mükafatına qovuşdu - FOTO

  • 14 Jun 2017
  • 229 baxış

"Spartak"ın baş məşqçisi Massimo Karrera ötən mövsümün ən yaxşı baş məşqçisi üçün nəzərdə tutulan mükafata qovuşub.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, italiyalı mütəxəsis bu mükafatı mayın 22-də keçirilmiş mərasimdə almalı olsa da, orda iştirak etməmişdi. Bu səbəbdən yalnız ötən gün 53 yaşlı məşqçinin mükafatla fotosu sosial şəbəkələrdə peyda olub.

Karrera məşqçilik karyerası ərzində "Yuventus" və İtaliya millisində Antonio Kontenin köməkçisi kimi çalışıb. O, 2016-cı ildən rəhbərlik etdiyi "Spartak"a 16 ildən sonra ilk Rusiya çempionluğunu qazandırıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR