İqtisadiyyat

Mingəçevirdə qeyri-adi bankomat - Bank vəziyyəti izah etdi - FOTO

  • 14 Jun 2017
  • 268 baxış

XalqTV.com-ın Mingəçevirdən olan oxucusu redaksiyamıza yaşadığı şəhərdə qeyri-adi formada quraşdırılmış bankomatlardan birinin fotoşəklini göndərib.

Onun sözlərinə görə, bu bankomat Mingəçevirdə "1941-1945-ci il xatirə abidəsi"nin yanındakı supermarketin girəcəyində quraşdırılıb. Lakin bankomat yerdən o qədər hündürdə yerləşir ki, ondan istifadə etmək mümkün deyil.

Bankomatın Azərbaycan Beynəlxalq Bankına məxsus olduğunu nəzərə alıb məsələ ilə bağlı bankın mövqeyini də öyrəndik. ABB-nin mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli XalqTV.com-a bildirib ki, həmin bankomat hələ istifadəyə verilməyib:

"O bankomat yeni quraşdırılıb və şəbəkəyə qoşulmayıb. Ona görə də hazırda istifadədə deyil. Yeni quraşdırıldığından hələ qarşısında pilləkən meydançası yoxdur. Bu həftənin sonuna qədər qarşısında pilləkən meydançası yaradılacaq. Bundan sonra bankomat müştərilərin istifadəsinə veriləcək".

İlkin İzzət

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR