idman

Slovakiya çempionu Ramil Şeydayevi "Trabzonspor"dan birdəfəlik alacaq

  • 14 Jun 2017
  • 226 baxış

Slovakiyanın "Jilina" klubu Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin transfer hüququnu ələ keçirmək istəyilə Türkiyə "Trabzonspor"una müraciət edib.

XalqTV.com report-a istinadən xəbər verir ki, 21 yaşlı hücumçu üçün "bordo-mavililər"ə 500 min avro təklif olunub.

"Trabzonspor" isə 2 milyon avro istəyib. Lakin Türkiyə təmsilçisi oyunçunun çox da bazarlıq etmədən ən münasib şərtlərlə verilməsini qərara alıb.

Qeyd edək ki, Ramil Şeydayev "Trabzonspor"a 2016-cı ilin yayında Rusiya "Zenit"indən transfer olunub. Lakin o, qışda "Jilina"ya 1,5 illik icarəyə verilib. Slovakiya təmsilçisinin heyətində 12 oyuna 6 qol və 2 məhsuldar ötürmə müəllifi olan Şeydayev ölkə çempionluğunu da qazanıb. 

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR