Siyasət

Moldova prezidenti Azərbaycana gələcək - YENİLƏNİB

  • 14 Jun 2017
  • 230 baxış

15:43

Moldova Prezidenti İqor Dodon iyunun 21-23-də Azərbaycanda səfərdə olacaq.

XalqTV.com bildirir ki, bu barədə  Trend-ə diplomatik mənbə məlumat verib.

Bu, Moldova Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir.

İ.Dodonun yüksək səviyyəli səfəri zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunacaq.

Hazırda səfər proqramı üzərində iş gedir.

----------

15:08

Moldova prezidenti İqor Dodon Azərbaycana gəlir.

XalqTV.com APA-ya istinadən xəbər verir ki, bu barədə o, ötən gün "NTV-Moldova" kanalının canlı yayımında bildirib.

Prezident gələn həftə Moskvaya, oradan isə Azərbaycana səfər edəcəyini deyib, səfərin dəqiq tarixini isə açıqlamayıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR