idman
İbrahimoviç "Milan"a qayıdır?
"Mançester Yunayted"dən ayrılan Zlatan İbrahimoviç karyerasını yenidən İtaliyada davam etdirə bilər.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, isveçli forvard sabiq klubu "Milan"ın maraq dairəsindədi.
Uzunmüddətli sıradan çıxdığı üçün "Mançester Yunayted"in yeni müqavilə bağlamaqdan imtina etdiyi forvard hələ bir neçə ay futboldan ayrı qalacaq. Zlatanın meneceri Mino Rayola da müştərisinin yenidən İtaliyaya dönmək ehtimalını istisna etməyib. "Mançester Yunayted" isə onunla ən yaxşı halda yanvarda yeni müqavilə imzalaya biləcəyini bəyan edib.
Qeyd edək ki, Zlatan İbrahimoviç 2010-2012-ci illərdə "Milan"ın formasını geyinib.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR