Siyasət

Misir iki adanı Səudiyyə Ərəbistanına verir

  • 13 Jun 2017
  • 234 baxış

Misir parlamentinin Konstitusiya və qanunvericilik işləri üzrə komitəsi Qırmızı dənizdə iki adanın Səudiyyə Ərəbistanına verilməsi barədə qərarı təsdiq edib.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, təsdiq edilən qərara əsasən, Tiran və Sənafir adalarının Ər-Riyada verilməsi nəzərdə tutulur.

Bundan sonrakı mərhələdə həmin məsələ parlamentin ümumi iclasında səsverməyə çıxarılacaq.

Qeyd edək ki, bu məsələ ilə bağlı Misirlə Səudiyyə Ərəbistanı arasında dəniz sərhədinin demarkasiyası barədə saziş ötən il imzalanıb.

Adaların tarixi mənşəyinə gəlincə, Tiran və Sənafir mübahisəli adalardır.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR