idman

"Roma" millinin kapitanını transfer etdi

  • 13 Jun 2017
  • 212 baxış

İtaliyanın "Roma" klubu heyətinə yeni oyunçu cəlb edib.

XalqTV.com  qol.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi PSV-dən Hektor Morenonu transfer edib. Meksika millisinin kapitanı ilə 2 illik müqavilə imzalanacağı nəzərdə tutulub.

Qeyd edək ki, 29 yaşlı müdafiəçi 2015-ci ildən PSV-də çıxış edirdi. O, bu müddət ərzində 61 oyun keçirib və 11 qol vurub.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR