"Cocuq Mərcanlıda əməliyyatlar ayın sonuna kimi yekunlaşacaq"
Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatları davam etdirilir.
XalqTV.com xəbər verir ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) APA-ya verilən məlumata görə, bu ilin iyun ayının sonuna kimi əməliyyatların tamamlanması planlaşdırılır.
Agentlikdən bildirilib ki, Cocuq Mərcanlı kəndində 25 hektara qədər təmizlənməmiş ərazi qalıb.
Qeyd olunub ki, Cocuq Mərcanlıda indiyədək aparılan mina təmizləmə əməliyyatları nəticəsində 2 553 746 kv.m (255.37 ha) ərazi tam təmizlənib, 1 408 040 kv.m (140.80 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. (Cəmi: 3 961 786 kv.m (396.18 ha)).
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində