idman

"Volkan Dəmirəl Azərbaycandan təklif alıb"

  • 13 Jun 2017
  • 207 baxış

"Fənərbağça"nın qapıçısı Volkan Dəmirəl hələ də Azərbaycan klubunun maraq dairəsindədir.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, bunu təcrübəli qolkiperin meneceri Erdinç Şehit deyib.

"BeIN Sports" telekanalına açıqlama verən menecer Volkanın gələn mövsümü harda keçirəcəyinin hələ müəyyənləşmədiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan da daxil olmaqla, 3 ölkədən təklif alıb.
 
Bununla belə, Erdinç Şehit Türkiyə millisinin sabiq üzvünün "Fənərbağça"da qalmaq istədiyini söyləyib. O, əks təqdirdə 36 yaşlı qolkiperin karyerasını başa çatdıracağına işarə vurub: "Fənərbağça" ilə maliyyə məsələsini müzakirə etməyimiz mümkün deyil. Biz pul söhbəti etmərik, bu, gönül məsələsidi. Volkan karyerasını "Fənərbağça"da başa vuracaq. İndinin özündə belə, Azərbaycan, İtaliya və ABŞ-dan təkliflər var. Amma "Fənər"dən başqa komanda istəmirik. "Transfer pəncərəsi" açıldıqdan sonra görüşəcəyik. Mövsüm başa çatan kimi İtaliyadan təklif alsaq da, razılıq vermədim".
 
Qeyd edək ki, "Fənərbağça" ilə müqavilə müddəti başa çatan Volkan Dəmirəlin adı bir müddət əvvəl "Qarabağ"la birgə hallanırdı.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR