SAĞLAMLIQ

Sumqayıtdakı kütləvi zəhərlənmənin səbəbi açıqlandı - YENİLƏNİB

  • 12 Jun 2017
  • 283 baxış

17:45

"Rotavirusun su ilə yayılması nəzərə alınaraq, yayılmanın su paylayıcı şəbəkədəki nöqsanlarla bağlı olduğu ehtimal edilir".

XalqTV.com  Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin şöbə müdiri Viktor Qasımov Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində uşaqlar arasında rotavirusun aşkarlanmasına münasibət bildirərkən deyib.

V.Qasımov qeyd edib ki, su paylayıcı şəbəkəyə haradasa patogen amil düşüb.

Baş pediatr Nəsib Quliyev isə deyib ki, uşaqlar arasında aşkarlanan rotavirusun əsas əlamətləri ishal, qusma, temperaturun enməsidir: "Səhiyyə Nazirliyi tərəfindən bütün dərman preparatları təmin edilib. Xəstəxanaya indi daxil olanlar gec müraciət edənlərdir. Uşaqların 100 faizinin çiy su içməsi aşkarlanıb. Rotavirusun sularda olması nəzərə alınaraq, onun çiy su ilə keçməsi ehtimal edilir".

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor əvəzi İmran Abdullayev deyib ki, xəstələrin hər biri ilə sorğu aparılıb və bütün məlumatlar toplanıb:

"Məlum oldu ki, bütün valideynlər uşaqlarına çiy su veriblər. Bütün o ərazidə vətəndaşların istifadə etdiyi sulardan nümunə və xəstə uşaqlardan nəcis kütləsi götürüldü. Nəcis müayinələri də bizim ehtimallarımızın doğru olduğunu göstərdi. Rotavirus, əsasən, kiçik yaşlı uşaqlarda olur. Suyun hansı şəraitdə çirklənməsi bizə məlum deyil. Amma hadisə çirklənmiş sudan baş verib. Hazırda tədqiqatlar aparılır".

-----------

10:22

"Hazırda Sumqayıt Şəhər Uşaq Xəstəxanasında 50 uşaq müalicə alır. Onların vəziyyəti orta ağır və yüngül qiymətləndirilir".

XalqTV.com xəbər verir ki, bunu azvision.az-a Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin müdiri Nəriman Baxşəliyev bildirib.

/>

Onun sözlərinə görə, xəstəxanaya daxil olan uşaqların çoxu bu gün evə buraxılacaq. N.Baxşəliyev qeyd edib ki, ötən gün ərzində 11 uşaq xəstəxanaya gətirilib. 

Şöbə müdiri hesab edir ki, uşaqlarda işləmə və qusmanın baş verməsinin səbəbi mövsümlə əlaqədardır.

"Havaların isti olması ilə bir çox infeksiyalar aktivləşir. Bəzi meyvələrin, tut və gilasın daha çox yeyilməsi, xüsusilə yuyulmadan yeyilməsi, soyuq sudan istifadə edilməsi bu infeksiyaların aktivləşməsinə səbəb olur. Əksər uşaqlardan soruşuram, deyirlər ki, tut, gilas yeyib, üstündən soyuq su içiblər. Günün qabağında çox qalanlar da var. Bu da öz təsirini göstərir. Virus mənşəli infeksiyalar mövsümi xarakter daşıyır. Burada kütləvilikdən danışmaq olmaz. Bəzi insanlar bunu düzgün başa düşmürlər".

N.Baxşəliyev qeyd edib ki, iyunun 7-dən bu günə qədər Xəstəxanaya ümumilikdə 186 nəfər müraciət edib. 

"Onların hamısı işləmə və qusma ilə gəlməyib. İçərisində angenoz, qribos xəstəlikləri ilə də müraciət edənlər də var. Epidemik göstərici normaldır, qorxulu bir şey yoxdur. Narahatçılığa əsas yoxdur".

Xatırladaq ki, son bir neçə gündə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində, Novxanı kəndində, həmçinin Abşeron rayonunun Saray və Ceyranbatan qəsəbələrində yaşayan 2-7 yaşlı 119 uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. Valideynlər uşaqların sudan zəhərləndiyini bildiriblər.

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) rəsmi açıqlama yayaraq uşaqlar arasında kütləvi zəhərlənmənin sudan olmadığını bəyan edib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45882 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 766 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 744 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO