Siyasət

Nazir: "Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi BMT qətnamələri əsasında həll olunacaq"

  • 12 Jun 2017
  • 217 baxış

Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi BMT-nin qətnamələri əsasında həll olunacaq.

XalqTV.com APA-ya istinadən xəbər verir ki, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Estoniyanın xarici işlər naziri Sven Mikserlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O, münaqişə və danışıqlar prosesi barədə eston həmkarına məlumat verdiyini bildirib.
 
"BMT qətnamələri Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bu sənədlərdə göstərilən suverenlik məsələsi bizim ortaq marağımızdır. Bütün münaqişələr beynəlxalq norma və prinsiplər əsasında həll olmalı, BMT üzvü olan bütün ölkələr bunlara əməl etməlidir", - E.Məmmədyarov vurğulayıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR