İqtisadiyyat

Kənd təsərrüfatı məhsulları istehsalçıları ƏDV-dən azaddır

  • 09 May 2017
  • 284 baxış

Kənd təsərrüfatı məhsullarının istehsalını və ya pərakəndə satışını həyata keçirən şəxslər əlavə dəyər vergisi (ƏDV) ödəməlidirlərmi və bu zaman hansısa güzəştlər mövcuddurmu?

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki,  Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, 5 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyətdən əldə etdikləri mənfəət gəlir vergisindən, həmin fəaliyyət prosesində istifadə olunan əmlakları əmlak vergisindən, istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azaddır.

Həmçinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə etdikləri gəlirin həcmi sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilmir.

Qeyd olunan vergi güzəştləri isə kənd təsərrüfatı məhsullarının alqı-satqısı ilə məşğul olan şəxslərə şamil edilmir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR