idman

Ronaldunun ekiz uşaqları doğuldu

  • 11 Jun 2017
  • 246 baxış

"Real"ın ulduz futbolçusu Kriştianu Ronaldu növbəti dəfə ata olub.

XalqTV.com yenicag.az-a istinadən xəbər verir ki, portuqaliyalının əkiz övladları dünyaya gəlib.

Yayılan məlumata görə, surroqat ana süni mayalanma yolu ilə Ronaldunun 2 uşağını dünyaya gətirib. Körpələrə Mateo (oğlan) və Eva (qız) adı verilib. Onlar iyunun 8-də doğulublar.

Qeyd edək ki, forvardın böyük oğlu Ronaldo Juniorun 6 yaşı var. O da 2010-cu ildə surroqat anadan dünyaya gəlib.

Ata Ronaldu hazırda ispaniyalı model Corcinya Rodriqezlə münasibətdədir. Maraqlıdır ki, modelin də hamilə olduğu bildirilir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR