idman

ABŞ DÇ-2026 haqda fikrini dəyişdi

  • 09 May 2017
  • 226 baxış

ABŞ 2026-cı il dünya çempionatını təkbaşına keçirmək fikrinə düşüb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, aprel ayında ABŞ, Kanada və Meksika turniri təşkil etmək üçün FİFA-ya birgə müraciət təqdim etmişdilər. Amerika 60, Meksika və Kanada isə 10 oyun keçirməyə hazır olduğunu bildirmişdi. Amma Kanada və Meksikanın FİFA tələblərinə cavab vemədiyi ortaya çıxıb. Bununla əlaqədar Amerika Futbol Federasiyasının nümayəndələri turniri özlərinin keçirə biləcəyini qeyd edib. 2026 mundialı 48 milli komandanın iştirak edəcəyi ilk dünya çempionatı olacaq. Daha öncə yalnız Koreya və Yaponiya (2002) dünya çempionatına birgə ev sahibliyi etmişdi.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR