idman

Nazarovun komandası məşqçisiz qaldı

  • 10 Jun 2017
  • 223 baxış

Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Ertsebirge Aue" klubu baş məşqçisiz qalıb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Domeniko Tedesko "Schalke"nin sükanı arxasına keçib. 31 yaşlı mütəxəssislə 2 illik müqavilə bağlanılıb. O, yeni vəzifədə istefaya göndərilmiş Markus Vayntsirli əvəzləyib.

Qeyd edək ki, "Scalke" ötən mövsüm Bundesliqada 43 xalla 10-cu yeri tutub. "Ertsebirge Aue" isə II Bundesliqada 39 xalla 14-cü olub və daha aşağı liqaya enmə təhlükəsindən qurtulub. 

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR