Siyasət

Yunker: "Avropa 4 ölkəni cəzalandıracaq"

  • 10 Jun 2017
  • 212 baxış

"Biz gələn həftə Macarıstan, Slovakiya, Çexiya və Polşa kimi ölkələrin miqrasiya razılaşmasına əməl edib-etməmələrini müəyyən edib, onlar haqqında qərar qəbul edəcəyik".

XalqTV.com axar.az-a istinadən bildirir ki,  bunu Almaniyanın "Der Şpiqel" jurnalına müsahibəsində Avropa Komissiyasının sədri Jan Klod Yunker söyləyib.

"Miqrant qəbulu ilə bağlı razılaşmaya hər kəs əməl etməlidir. Avropa Birliyi bir yöndə hərəkətin olduğu küçə deyil. Mən bu ölkələrin cəzalandırılması üçün çıxış edəcəyəm", - deyə o bildirib.

Qeyd edək ki, Macarıstan, Slovakiya, Çexiya və Polşa Yaxın Şərqdən və Afrikadan olan qaçqınların qəbulundan rəsmən imtina edib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR