idman

"Gözəl oyun üçün meydana çıxacağıq"

  • 10 Jun 2017
  • 230 baxış

Azərbaycan yığmasının futbolçusu Cavid Hüseynov 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Şimali İrlandiya oyunu ilə bağlı fikirlərini bölüşüb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "Qəbələ" komandasının yarımmüdafiəçisi uğurlu nəticə qazanmağa çalışacaqlarını bildirib: "Şimali İrlandiyanın üstün cəhətləri var, onları təhlil etmişik. Həmçinin gözəl futbol nümayiş etdirmək üçün meydana çıxacağıq".

Qeyd edək ki, Azərbaycan - Şimali İrlandiya oyunu iyunun 10-da saat 20:00-da başlayacaq.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR