idman
Ronaldo həmkarının xanımı haqda: "O, mənim arvadım olsaydı..." - FOTO
Braziliyalı futbolçu Ronaldo jurnallardan birinə maraqlı açıqlama verib.
XalqTV.com axşam.az-a istinadən bildirir ki, vaxtının çox hissəsini partilərdə keçirən futbolçuya baş məşqçiləri Perez yaxınlaşaraq deyib:
"Ronni, niyə vaxtının çoxunu evində keçirmirsən? Fiqoya bax. O, həmişə evində, həyat yoldaşının yanında olur".
İdmançı məşqçisinə belə cavab verib:
"Fiqonun xanımını görməmisiniz? O, mənim arvadım olsaydı, mən də partilərdə deyil, onun yanında oturardım".
Qeyd edək ki, Fiqo İsveçrəli model Helen Svedin ilə evlidir. Cütlüyün 3 uşağı var. Buna baxmayaraq, Helen ideal bədən quruluşu ilə daim diqqət mərkəzindədir.
XalqTV.com
RƏYLƏR