Siyasət
Tillerson və Çavuşoğlu Ərdoğanın səfərindən danışdı
ABŞ Dövlət katibi Reks Tillersonla Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
XalqTV.com axar.az-a istinadən bildirir ki, diplomatik qaynaqlar əlaqənin türk tərəfinin insiativi ilə yaradıldığını bildirib.
Tərəflər arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15-16 mayda ABŞ-a baş tutacaq səfəri ilə bağlı müzakirə aparılıb.
Rəsmilər həmçinin Suriyadakı son durum və Astana danışıqları ilə bağlı fikirlərini bölüşüblər.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
ŞƏRH YAZ
RƏYLƏR