idman

Gimnast qızlarımız İslamiadada yaxşı nəticələr göstərməyə hazırdırlar - FOTO

  • 09 May 2017
  • 225 baxış

Bədii gimnastika üzrə qadınlardan ibarət Azərbaycan yığması Bakı - 2017 İslam Həmrəyliyi Oyunlarında yaxşı nəticələr göstərməyə hazırdır.

XalqTV.com bildirir ki, bunu Trend-ə yığmanın təmsilçiləri Marina Nekrasova, Yekaterina Tişkova və Yuliya İnşina deyiblər.

Dünya Kubokunun bürünc medalçısı M.Nekrasova bildirib ki, hansı nəticələrə nail olacağımızı əvvəlcədən demək istəmirik: "Amma biz yarışlara çox yaxşı hazırlaşmışıq. Ümid edirik ki, əla nəticələr göstərəcəyik".

O qeyd edib ki, İslamiada komanda üçün çox vacib idman başlanğıcı olacaq, ən azından ona görə ki, bu oyunlar ölkəmizdə keçirilir. Gimnast həmçinin qeyd edib ki, baxmayaraq ki, yarışlarda 4 komanda iştirak edəcək və rəqiblər elə də çox olmayacaq, heç vaxt rahat olmaq olmaz: "Bu idman növündə çox zədə təhlükəsi var. Hər şey ola bilər. Amma biz çalışırıq ki, hər şeyi nəzarətdə saxlayaq".

Medallar uğrunda yarışlarda Azərbaycan gimnastlarının rəqibinin kim olacağı ilə bağlı suala cavabında gimnast qeyd edib ki, hər bir rəqibin imkanlarını qiymətləndirmək lazımdır, bununla yanaşı hesab edirəm ki, ən güclü Türkiyə və Özbəkistan gimnastlarıdır.

Öz növbəsində Y.Tişkova deyib ki, Azərbaycan gimnastları yaxşı çıxışlar edəcəklərinə inanırlar:

"Hesab edirəm ki, gimnastlarımız kifayət qədər yaxşı hazırlaşıblar. Buna qədər zədələr var idi. Amma gimnastlarımız yarışlara artıq hazırdır. Bu oyunlarda təmsil olunacaq bütün gimnastlarımız güclüdürlər və medallar uğrunda mübarizə ciddi olacaq".

Y.İnşina isə deyib ki, payızda keçiriləcək Dünya çempionatını nəzərə almasaq, İslam Həmrəyliyi Oyunları hazırda əsas start hesab olunur: "Gimnastlarımız yaxşı hazırlaşıblar. Birlikdə biz güclüyük. Azərbaycan yığması yarışların lideri olmaq üçün mübarizə aparacaq".

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR