idman

Xabi Alonso: "Mən ağacdan düşən yetişmiş meyvə kimiyəm"

  • 09 Jun 2017
  • 233 baxış

Ötən mövsümün sonunda karyerasını başa vurduğunu elan edən Xabi Alonso artıq futbol üçün darıxmağa başladığını etiraf edib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, İspaniya millisi və "Bayern Munich"in sabiq yarımmüdafiəçisi bunları deyib:

"Ola bilsin, yaydan sonra futbol üçün daha çox darıxacam. Əvvəlcə yaxşı istirahət edəcəm. Bundesliqa, İspaniya çempionatı və Premyer Liqada yeni mövsüm başlayanda mən divanda oturub baxacam. Günlər keçdikcə, həyatımda boşluq yarandığını dərk etməyə başlayıram.

Gələcəyimə qalanda, mən ağacdan düşən yetişmiş meyvə kimiyəm. Bu və ya digər fəaliyyət sahəsində lazımi sahələr tapmaq çətindir. Bununla yanaşı mən sakitəm".

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR