Siyasət

Ekspert: "Bakı daxili və xarici siyasətdə balansı saxlaya bilib"

  • 09 Jun 2017
  • 222 baxış

"Azərbaycan Qərblə münasibətlərini yaxşılaşdırıb, özünü enerji ehtiyatlarının etibarlı tədarükçüsü kimi tanıdıb və insan hüquqları sahəsində dialoqa hazır olduğunu nümayiş etdirib".

XalqTV.com Trend-ə istinadən bildirir ki, bunu Yerevanda "Qafqaz-2016" konfransında rusiyalı politoloq, Rusiya Dövlət Humanitar Universitetinin dosenti Sergey Markedonov deyib.

Politoloqun sözlərinə görə, ölkədəki ictimai-siyasi vəziyyətə ciddi təsir göstərən amillərdən biri ötən ilin aprel ayında Dağlıq Qarabağ münaqişəsində qeydə alınmış eskalasiya olub.

O qeyd edib ki, müharibə ötən il keçirilmiş referendumla birgə mövcud siyasi sistemi möhkəmləndirən amillərdən biri oldu.

Bundan başqa ekspert bildirib ki, Azərbaycan 2016-cı ildə cənub qonşusu İranla da dialoqu genişlədirib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR