idman

"Son oyundan sonra komanda yoldaşlarımdan narazı idim"

  • 09 Jun 2017
  • 218 baxış

"Bavariya"nın hücumçusu Robert Levandovski Bundesliqanın 2016/17 mövsümündə ən sərrast futbolçu olmadığına görə təəssüf hissi keçirdiyini etiraf edib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, polşalı qolyador komanda yoldaşlarından dəstək görmədiyini bildirib.

"Hazırda bu fikirlər məni narahat etmir. Amma Bundesliqada mövsüm başa çatan zaman məyus idim. Komanda yoldaşlarımın mənə kifayət qədər qol imkanı yaratmamasından narazı qalmışdım. Mövsümün son oyunundan sonra komanda yoldaşlarımdan narazılıq hissim vardı".

Levandovski "Kicker" nəşrinin 248 futbolçu arasında keçirdiyi səsvermədə ötən mövsümün ən yaxşısı seçilmişdi. O, mövsümü 30 qolla başa vurmuşdu. Çempionatın bombardiri isə 31 qolla "Borussiya"nın forvardı Obameyanq olmuşdu.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR