idman

"Zidan "Yuventus"un əsas zəifliyini tapmışdı"

  • 09 Jun 2017
  • 232 baxış

"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç Xorvatiya mətbuatına Çempionlar Liqasının finalı barədə danışıb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, ulduz futbolçu inamlı qələbədə Zidanın "Yuventus"u yaxşı təhlil etməsini xüsusi vurğulayıb:

""Zidan "Yuventus" müdafiəsinin zəif tərəfini tapmışdı. Bütün həftə bunu nəzərə alıb finala hazırlaşmışdıq. "Yuventus" müdafiəçiləri öz mövqelərində əla oynayırlar, bir şərtlə onları əks-hücumda tutmayasan. Bunun üzərində işləmişdik. Ona görə 4 qoldan 3-nü əks-hücumdan vurduq. Zidanı təbrik edirəm, rəqibi yaxşı təhlil etmişdi".

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR