idman

Konte: "Premyer Liqada çempion olmaq çox çətindir"

  • 09 May 2017
  • 210 baxış

"Chelsea" İngiltərə Premyer Liqasının 36-cı turunda "Middlesbrough"nu 3:0 hesabıyla məğlub edib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, oyundan sonra "zadəganlar"ın baş məşqçisi Antonio Konte bunları deyib: "Oyundan razı qala bilərəm. "Tottenham"in məğlubiyyətindən istifadə etmək lazım idi. Titula doğru daha bir addım atdıq. İndi yaxşı istirahət edib "West Bromwich Albion"la oyuna hazırlaşmaq lazımdır. Bu, İngiltərədə ilk mövsümümdür. Premyer Liqada çempion olmaq çox çətindir. Futbolçular bu titula layiqdir. Bunu haqq etdiyimizi göstəririk. Artıq növbəti turdakı oyuna çempionluq matçı kimi çıxamalıyıq".

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR