idman
Modriç ardıcıl 5-ci dəfə ən yaxşı seçildi
Xorvatiyada 2016-17 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki,"Real"ın yarımmüdafiəçisi Luka Modriç azarkeşlər arasında aparılan səsvermədə hamını qabaqlayıb.
Böyük fərqlə birinci olan 31 yaşlı orta sahə oyunçusu bununla ardıcıl 5-ci dəfə ölkəsində mövsümün futbolçusu seçilib.
Qeyd edək ki, Modriç ötən mövsüm "Real"la İspaniya La Liqasının və Çempionlar Liqasının qalibi olub.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR