idman

"Qalatasaray" yenə ziyan etdi

  • 09 Jun 2017
  • 238 baxış

Son dönəmdə transfer əməliyyatlarında ziyan etməyə alışan "Qalatasaray" yenə "ənənəsinə" sadiq qalıb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "sarı qırmızılar" Salih Dusrunun transfer hüquqlarını 250 min TL qarşılığında "Antalyaspor"a satıb. Salih 2014-cü ilin yanvarında 2.75 milyon avroya transfer edilmişdi. 25 yaşlı futbolçu son mövsüm icarə əsasında "Antalyaspor"da çıxış edirdi. Antalya təmsilçisi müqaviləyə əsasən iyunun 15-ə kimi onu 250 min TL qarşılığında transfer etmə maddəsindən bəhrələnib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR