Siyasət

"İrandakı terror aktları ölkənin terror təhlükəsi daşıdığı barədə sözlərin əsassızlığını göstərdi"

  • 07 Jun 2017
  • 210 baxış

İranda baş vermiş faciəvi hadisələr bir daha sübut etdi ki, ABŞ prezidenti Donald Trampın İranın bütün dünyaya terror təhlükəsi daşıdığını bildirən sözləri əsassızdır.

XalqTV.com xəbər verir ki, bunu Trend-ə Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya və Qafqazın Tədqiqatı Mərkəzinin elmi işçisi Stanislav Pritçin deyib.

Onun sözlərinə görə, bu gün İran həm terrorçuluq baxımından, həm də Yaxın Şərqdə davam edən qlobal qarşıdurma ilə əlaqədar təhlükəli vəziyyətdədir.

Qeyd edək ki, bu gün Tehranda İran parlamentinin binasına və Xomeyninin məqbərəsinə silahlı hücumlar olub. Terror aktları nəticəsində 12 nəfər ölüb, 39 nəfər yaralanıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR