idman

Xocalı uşaqları üçün futbol bayramı - FOTO

  • 07 Jun 2017
  • 221 baxış

Yeniyetmələrin və uşaqların, o cümlədən məcburi köçkün və qaçqın ailələrindən olan uşaqların asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etmək məqsədi ilə "Açıq Əyləncəvi Futbol Məktəbləri" layihəsi çərçivəsində növbəti tədbir keçilib. Təbir cəbhə bölgəsində yerləşən Goranboy rayonunun Ağcakənd kəndində məskunlaşmış Xocalı rayonundan olan məcburi köçkün ailələrinin uşaqları üçün təşkil edilib.

AFFA-nın təşkilatçılığı ilə keçrilmiş tədbirdə millət vəkili, AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Xocalı rayonundan seçilmlş deputat Elman Məmmədov, Xocalı rayon Gənclər və İdman İdarəsinin müdiri Ramil Alıyev və "Açıq Əyləncəvi Futbol Məktəbləri" layihəsinin kordinatoru Kərim Ağayev iştirak ediblər. Tədbirdə millət vəkili, layihənin rəhbəri Rauf Əliyev, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovvə Xocalı rayonundan seçilmiş deputat Elman Məmmədov çıxış ediblər. Onlar bildiriblər ki,  bu layihənin həyata keçrilməsində məqsəd uşaq və yeniyetmələrin, o cümlədən məcburi köçkün və qaçqın ailələrindən olan uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq və sağlam həyat tərzini təbliğ etməkdir.

Qeyd olunub ki, Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçib və hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilib. Birinci Avropa Oyunlarında, RİO-2016-da və Bakıda keçrilmiş İslam Həmrəylik Oyunlarında əldə olunan yüksək nəticələr buna bariz nümunədir. Çıxışlarda Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məcburi köçkün və qaçqın ailələrinin sosial şəraitinin yaxşılaşdirilması istiqamətində həyata keçrilən tədbirlərdən də danışılıb.

Tədbirin sonunda AFFA adından uşaqlara müxtəlif idman ləvazimatları hədiyyə edilib.

Zəfər Tağı

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR