Keçmiş "Xəzər Lənkəran"lı yenə işsiz qaldı
"Əskişəhərspor" baş məşqçi Mustafa Dənizli ilə yollarını ayırıb.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki,Super Liqaya vəsiqə uğrunda pley-off oyununda "Göztəpə"yə uduzan komanda təcrübəli mütəxəssislə işbirliyində maraqlı olmayıb.
"Xəzər Lənkəran"ın keçmiş baş məşqçisinin klubla müqaviləsi mayın 31-də başa çatıb. "Es-Es" rəhbərliyi isə əsas vəzifənin öhdəsindən gələ bilməyən mütəxəssislə yeni müqavilə yeni müqavilə bağlamağı lazım bilməyib.
Qeyd edək ki, 67 yaşlı mütəxəssis məşqçi karyerası ərzində Türkiyə millisiylə yanaşı, "Qalatasaray", "Beşiktaş", "Fənərbaxça" kimi komandaları da çalışdırıb. O, 2013/14 mövsümündə "Xəzər Lənkəran"ın "sükanı arxasında" olub.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində