idman

Səudiyyə Ərəbistanı klubu "Qatar Airways"dən imtina etdi

  • 06 Jun 2017
  • 216 baxış

Səudiyyə Ərəbistanı və Qətər arasında münasibətlərin gərginləşməsi futbola da təsirini göstərib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "Al Ahly" bu gün "Qatar Airways" şirkətinin sponsorluğundan imtina edib. Ciddə klubu bu barədə tvitter səhifəsində məlumat yayıb.

Qeyd edək ki, iyunun 5-də 6 ölkə Qətərlə diplomatik əlaqələri kəsdiyini elan etmişdi. 2022-ci ildə dünya çempionatını qəbul edəcək Qətər radikal terror təşkilatlarını dəstəkləməkdə ittiham olunur.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR