idman

"İnter"in sabiq qapıçısı dünyasını dəyişdi

  • 06 Jun 2017
  • 206 baxış

İtaliya yığmasının sabiq qapıçısı Juliano Sarti vəfat edib.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, keçmiş qolkiper 83 yaşında dünyasını dəyişib.

Sarti futbolçu karyerasında "Fiorentina", "İnter" və "Yuventus" kimi klublarda oynayıb. O, florensiyalılarla 1, Milan təmsilçisi ilə 2 dəfə A seriyasının qalibi adını qazanıb.

Sarti 1959-1967-ci illərdə İtaliya yığmasında 8 oyun keçirib.
 
Qeyd edək ki, Juliano Sarti qısa müddətdə "Lukkeze" klubunu çalışdırıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR